Məmmədyarov Kolumbiyanın yeni səfiri ilə görüşdü - Foto

21 May 2019 18:57 (UTC+04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.

Səfir Luis Antonio Dimate Kardenas ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.