Erməni hərbçilər qəzaya düşdü: Ölən var/Foto

21 May 2019 21:15 (UTC+04:00)

Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Azvision.az xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-İrəvan yolunun 82-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “Ford” markalı avtomobil “QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar. Faktla bağlı cinayət işi başlanılıb.