Əhmədli, Zirə, Pirallahı və aeroporta dəmir yolu çəkiləcək- Cavid Qurbanov

22 May 2019 09:56 (UTC+04:00)

"Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək".

Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.

QSC sədri deyib ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub: "Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır".