Gürcüstanla müzakirələr bu tarixdə davam edəcək – XİN açıqladı

22 May 2019 12:06 (UTC+04:00)

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası mayın 23-24-də Bakıda keçiriləcək.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclas Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə baş tutacaq.