Qazaxıstanın Azərbaycan səfirliyində seçki məntəqəsi açılacaq

22 May 2019 16:40 (UTC+04:00)

Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə qarşıdakı seçkilərə həsr olunan mətbuat konfransı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib.

“Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər”, - deyən diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.