Özildən böyük final öncəsi müraciət: Azərbaycanlı qardaşlarım/Foto

22 May 2019 20:06 (UTC+04:00)

İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özil Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı status paylaşıb.

Teleqraf.comxəbər verir ki, futbolçu Bakıdakı böyük finala 7 gün qaldığını qeyd edib.

“Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək” – Özil tvitter hesabında yazıb.

Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.