İngiltərə Baş naziri istefa verir

23 May 2019 10:18 (UTC+04:00)

İngiltərənin Baş naziri Tereza Mey yaxın günlərdə istefa verəcək.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İngiltərənin “Tayms” qəzeti çıxış edib.

Qəzet qeyd edir ki, İngiltərənin Avropa Birliyindən ayrılması mərhələsi olan “Breksit”i idarə edə bilmədiyi üçün diqqəti üzərinə çəkən Mey istefa edə bilər.

Qəzet iddiasına görə, baş nazir cümə günü istefa verəcək.

Digər xəbərə görə, Mey 125 min üzvü olan Mühafizəkarlar Partiyasında onun yerinə keçəcək yeni liderin seçkilər vasitəsilə müəyyən olunacağı ana qədər vəzifəsində qalacaq.