İmişlidə qardaş qardaşı bıçaqladı

25 May 2019 21:40 (UTC+04:00)

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Axşam saatlarında Cabbar Cabbarlı və Taleh Cabbarlı adlı qardaşlar arasında münaqişə baş verib.

Hadisə zamanı Cabbar Talehı bıçaqlayıb. Yaralı İmişli xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Fakt araşdırılır.