Papua-Yeni Qvineyanın baş naziri istefa verdi

26 May 2019 13:22 (UTC+04:00)

Öz vəzifəsində 7 ildən artıq qalan Papua-Yeni Qvineyaın baş naziri Piter Oneil istefa verib.

Teleqraf.com-un məlumatına görə, nazir bunu Port Morsbidə mətbuat konfransı zamanı deyib. Oneil bildirib ki, parlamentdə baş verən son hadisələr dəyişikliklərin zərurəti barədə xəbər verir.

Qeyd edək ki, ölkənin baş naziri vəzifəsini bundan sonra Xalq Proqressiv Partiyasının lideri Cilius Çan yerinə yetirəcək. Cilus Çan 1980-1982-ci və 1994-1997-ci illər ərzində hökumət başçısı vəzifəsini yerinə yetirib.