Üç fransız ölüm cəzasına məhkum edildi - İraqda

26 May 2019 19:03 (UTC+04:00)

Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə France-Press agentliyi Bağdaddakı məhkəmə mənbəyinə istinadla məlumat yayıb. Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi.

Mühakimə olunanların məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.