Məmmədyarov gürcü həmkarına məktub göndərdi

26 May 2019 19:18 (UTC+04:00)

Ümid edirəm ki, Gürcüstan və Azərbaycan arasında qarşılıqlı anlaşma, müstəqillik və ərazi bütövlüyünə hörmətə əsaslanan əməkdaşlıq gələcəkdə daha da güclənəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gürcü həmkarı David Zalkalianiyə Müstəqillik günü ilə əlaqədar göndərdiyi təbrik məktubunda bildirilib.

Elmar Məmmədyarov qeyd edib ki, ikitərəfli dostluq münasibətləri və məhsuldar əməkdaşlıq gürcü və Azərbaycan xalqlarının maraq və rifahına xidmət edir.

Nazir gürcü xalqına xoşbəxtlik, sülh və tərəqqi arzu edib.