Neymar və Mbappe PSJ-dən gedir?

26 May 2019 23:23 (UTC+04:00)

PSJ-nin hücumçuları Neymar və Kilian Mbappenin karyeralarını harada davam etdirəcəkləri məlum olub.

Teleqraf.com xəbər verir ki, hər iki futbolçu komandada qalacaq. Onların heç birinin Paris klubunu tərk etmək istəmədikləri bildirilir. Neymarın əsas hədəfi PSJ ilə Çempionlar Liqasını qazanmaqdırsa, Mbappe özünü sübut etmək arzusundadır.

Qeyd edək ki, hər iki futbolçunun yayda PSJ-dən gedəcəkləri deyilirdir.