Bolqarıstanda təyyarə qəzası - İki ölü

26 May 2019 23:54 (UTC+04:00)

Bu gün Bolqarıstanda Sofiya rayonunun İxtiman şəhərində kiçik motorlu təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində təyyarə yanıb, kabinədəki iki nəfər – pilot kişi və sərnişin qadın həlak olub. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Təhqiqat aparılır.