Mindən çox şagird naməlum virusa yoluxub

8 Sentyabr 2014 14:21 (UTC+04:00)

ABŞ-ın bir neçə ştatında mindən çox şagird naməlum virusa yoluxub.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, artıq şagirdlərdən bir neçəsinin vəziyyəti ağırlaşaraq, reanimasiyaya yerləşdirilib.

Həkimlər hələ ki, virusun mənbəyini aşkarlaya bilməyiblər. Həkimlər bildirib ki, xəstəlik ilk öncə adi soyuqdəymə kimi özünü büruzə verir, amma soyuqdəyməyə qarşı aparılan müalicə öz effektini vermir.

Hazırda bu xəstəlik Missuri, Kanzas, İlynois, Kentuki, Ayova, Kolarado, Ohayo, Oklahamo, Kolarado ştatlarında yayılıb. Valideyinlər bu ştatlarda uşaqlarını məktəbə qoymağa ehtiyyat etməkdədir.