Fransa millisində ciddi itki

7 İyun 2019 08:06 (UTC+04:00)

Fransa millisinin futbolçusu Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində Türkiyə və Andorra ilə oyunları buraxacaq.

Teleqraf.com xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi sağ dizindəki zədə səbəbindən millinin heyətindən çıxarılıb.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Fransa iyunun 8-i Türkiyə, 3 gün sonra isə Andorranın qonağı olacaq.