Güclü sel üç nəfərin həyatına son qoydu

10 İyun 2019 07:45 (UTC+04:00)

İyunun 9-da Ankarada yağan güclü yağışın səbəb olduğu sel və daşqın 3 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ankara valiliyi tərəfindən rəsmi açıqlama yayılıb.

Qeyd edək ki, şəhərdəki sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Şəhər təsərrüfatının idarə olunması çətinləşib.