Gənc gimnastımız Qazaxıstanda medal qazandı

10 İyun 2019 14:15 (UTC+04:00)

Bu həftəsonu Qazaxıstanın Şimkənt şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, turnirdə, gənclər arasında ölkəmizi təmsil edən Nərmin Bayramova çoxnövçülük proqramında 63.050 xal toplayaraq, bürünc medal qazanıb.

Böyük gimnastlar arasında Yelizaveta Luzan çoxnövçülük proqramında 58.050 xalla turniri 4-cü, komanda yoldaşı Fatimə Əkpərova isə 55.850 xalla 6-cı yerdə bitirib.