Quran kitablarını cırdılar – Məscidə hücum

10 İyun 2019 15:54 (UTC+04:00)

Almaniyanın iki fərqli bölgəsində yerləşən məscidlərə hücum olub.

Teleqraf.com xəbər verir ki, Bremen şəhərindəki Rəhman məscidinə naməlum şəxslərim hücumu nəticəsində buradakı Quran kitabları cırılıb.

Kassel şəhərindəki mərkəzi məscid isə naməlum şəxslərin daşlı hücumuna məruz qalıb.

Hücumun kimlər tərəfindən reallaşdırıldığı məlum deyil, olay məsciddə kimsənin olmadığı vaxt baş verib.

Kassel prokurorluğu olayla əlaqədar araşdırma aparır.