Millimiz ağır məğlubiyyətə uğradı

11 İyun 2019 21:55 (UTC+04:00)

Milli komandamız Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Teleqraf.com xəbər verir ki, yığmamız Bakıda Slovakiya millisini qəbul edir. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu gün ilk xalını qazanmağa çalışacaq.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

11 iyun

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5 (Birinci hissə)

Qol: Stanislav Lobotka, 8 (0:1), Yuray Kuçka, 27 (0:2), Ramil Şeydayev, 28 (1:2), Marek Hamşik, 30 (1:3), Marek Hamşik, 57 (1:4), David Hançko, 85 (1:5)

Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"

22:45.Macarıstan - Uels