Təkcə iqtisadi maraqların arxasınca qaçmamalıyıq - Müzakirə

12 İyun 2019 13:33 (UTC+04:00)

Siyasi ekspert Rəfael Becanov Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada “Xəzər regionunda inteqrasiya və regional əməkdaşlıq” mövzusunda çıxışı zamanı inteqrasiya və əməkdaşlıq istiqamətində həyata keçirilən layihələrin həm də regional təhlükəsizlik və sabit əməkdaşlığa böyük dəstək olduğunu qeyd edib.

Teleqraf.com xəbər verir ki, o, enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsinin vacibliyini vurğulayıb.

Fəlsəfə doktoru, ekspert Hüseyn İbrahimov “Xəzər regionu: Beynəlxalq iqtisadi və mədəni maraqlar” mövzusunda çıxışında Xəzər regionu və bu zəmində iqtisadi-mədəni maraqların əlaqələndirilməsi məsələlərindən bəhs edib. O, mövcud mədəni əlaqələrin daha da gücləndirilməsinin iqtisadi əməkdaşlıqda oynayacağı rola diqqət çəkib.

Siyasi ekspert Arzu Nağıyev Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanmsının çox böyük çətinliklərdən keçdiyini, konvensiyanın imzalanmasının Xəzəryanı ölkələrin böyük nailiyyəti olduğunu bildirib:

“Təkcə iqtisadi maraqların arxasınca qaçmamalıyıq. Siyasi maraqlarımızı da uzlaşdırmalıyıq”.

Sonda çıxış edən Rufiz Qonaqov tədbirə yekun vuraraq Türkmənistan səfirinə, digər Xəzəryanı ölkələrin səfirliklərinin nümayəndələrinə, bütün iştirakçılara təşəkkürünü bildirib.