Məşhur müğənni ayaqqabısı ilə gündəm oldu – Foto

12 İyun 2019 13:39 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Seda Sayanın saatla dizayn olunmuş ayaqqabısı maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, TV8 kanalında yayımlanan "Gəl konuşalım" verilişində qonaq olan ifaçının seçdiyi ayaqqabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Giuseppe Zanotti" brendinə müraciət edən 56 yaşlı müğənni qara parlaq libası və qüsursuz bədən quruluşu ilə də özündən söz etdirməyi bacarıb.