“İllərlə həbsdə qala bilər” – Murad Köhnəqalanın həyat yoldaşı

13 İyun 2019 14:25 (UTC+04:00)

Həbsdə olan şair Murad Köhnəqala üçün yardım kampaniyası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

Şəlalə Göytürk hər kəsi Murad Köhnəqalanın həbsdən azad edilməsi üçün kpməyə çağırıb:

“Murad Köhnəqalanın həbsdən azad edilməsi üçün tələb olunan 12 min manat vəsait yaxın zamanda ödənilməsə, onu illərlə həbs gözləyir. Murad Köhnəqala alicənab insan, gözəl ata, həssas və dəyərli ziyalıdır. Onun həbsxanada haqsız yerə çürüməsinə imkan verməyək. Hər kəsdən Murad üçün yardım kampaniyasına qoşulmağı xahiş edirəm”.

Murad Köhnəqala Tovuz Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. O, keçmiş həyat yoldaşı və qızına 12 min manat aliment borcunu ödəməməkdə ittiham olunur.

Murad Köhnəqalaya yardım üçün bank hesab nömrəsi - Azərbaycan Beynəlxalq Bankı: AZ94IBAZ33881019446274006208