Məşhur serialın aktrisası öldü - Foto

14 İyun 2019 21:07 (UTC+04:00)

Braziliya seriallarının məşhur aktrisası Edit Qonzales vəfat edib.

Teleqraf.com xəbər verir ki, onun ölümünə səbəb xərçəng xəstəliyi olub.

54 yaşlı aktrisa 2016-cı ildə əməliyyat olunsa da, 2017-ci ildə xəstəlik yenidən qayıtmışdı.

Qeyd edək ki, Qonzales illər öncə ölkəmizdə də maraqla izlənilən "Varlılar da ağlayır" və "Vəhşi qızılgül" adlı seriallarda rol alıb.