Voronejdə faciə: 8 nəfər həlak oldu

16 İyun 2019 08:52 (UTC+04:00)

Rusiyanın Voronej vilayətində avtomobil qəzası nəticəsində 8 nəfər həlak olub.

Voronej vilayətinin Xoxolsk rayonunda “Ford Focus” avtomobili ilə “Volkswagen Transporter” mikroavtobusunun toqquşması nəticəsində 8 nəfər həlak olub. İlkin ehtimala görə, “Ford Focus” idarəetməni itirərək qarşı yola çıxıb və mikroavtobusla toqquşub.