İsmayıllıda kafe yanıb

16 İyun 2019 09:39 (UTC+04:00)

İsmayıllıda yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.