Argentina və Uruqvay işiqsız qaldı

16 İyun 2019 17:53 (UTC+04:00)

Argentina və Uruqvay elektrik enerjisiz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Argentinanın elektrik enerjisi distribütoru "Edesur" şirkəti məlumat yayıb.

"Enerji təchizatı sistemində irimiqyaslı nasazlıq Argentina və Uruqvayı elektrik enerjisiz qoyub. Əlavə məlumat veriləcək", - deyə yayılan məlumatda bildirilir.

Şirkət əhalini davamlı məlumatla təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, Argentina artıq 1 saatdır ki elektrik enerjisiz qalıb.