Atalar günündə qandonduran olay

16 İyun 2019 19:30 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində 16 yaşlı Ş.U., birlikdə çay içdiyi atası Ender U-nu hərbi bıçaqla yaralayıb.

Teleqraf.com xəbər verir ki, bıçağı atasının boğaz nahiyəsinə sancan oğul polisə təslim olub. Yaralı ata xəstəxanaya çatdırılıb. Onun həyatı təhlükədədir.

Olayın təfərrüatı açıqlanmır.