Hollivud ulduzu həbs edildi

16 İyun 2019 22:18 (UTC+04:00)

Məşhur dünya ulduzu, "Oskar" mükafatçısı 51 yaşlı Kyuba Qudinq hakim qarşısına çıxarılıb.

Teleqraf.com xəbər verir ki, o, Nyu-Yorkdakı gecə klublarından birində 29 yaşlı qadına seksual xarakterli zorakılıq etməkdə ittiham olunur. Qadının polisə şikayət etməsi üzərinə aktyor həbs edilib.

O, ittihamları qəbul etməyib. Vəkili də aktyorun günahsız olduğunu deyib. Məhkəmənin vaxtı dəyişdirilib.