Salah iki məşhur klubdan imtina etdi

16 İyun 2019 21:29 (UTC+04:00)

İngiltərənin “Liverpul” klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin “Real” və Turinin “Yuventus” klublarına satmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, ulduz futbolçu Məhəmməd Salah “Liverpul”da qalmaq istəyir. Buna görə o, transferdən imtina edib.

Xatırladaq ki, M.Salah 2018-2019-cu illər mövsümündə 52 oyunda 27 qol vurub.