Yaponiyada 5,2 bal gücündə zəlzələ oldu

17 İyun 2019 09:15 (UTC+04:00)

İyunun 17-də Yaponiyanın Hönşü adasının şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 80 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.