Eks-prezident çevrilişdən sonra ilk dəfə göründü – Foto

17 İyun 2019 10:40 (UTC+04:00)

Sudan prezidenti Ömər Əl-Bəşir hərbi çevrilişdən sonra ilk dəfə paytaxt Xartumda ifadə vermək üçün prokurorluğa aparılarkən görüntülənib.

Teleqraf.com xəbər verir ki, Kuber həbsxanasında cəza çəkən eks-prezident polisin müşayiəti ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb.

Sudanın rəsmi telekanalı Bəşirin həbsxanadan çıxış görüntülərini yayımlayıb.

Ömər Əl-Bəşiri 72 nəfərdən ibarət hüquqşünas və vəkilin müdafiə edəcəyi gözlənilir.

Qeyd edək ki, sabiq pezident ölkədən qaçmağa çalışarkən Sudan ordusu tərəfindən Xartum hava limanında yaxalanmışdı.