Bodrumda gəmi batdı: Ölən və itkin düşənlər var/Video

17 İyun 2019 13:52 (UTC+04:00)

Bodrumda miqrantları daşıyan gəmi batıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər 7:00 radələrində baş verib.

Qeyri-qanuni yolla Yunan adalarına keçməyə çalışan miqrantların gəmisi aşıb. Sahil Təhülkəsizlik Qüvvələri 31 nəfərin həyatını xilas edib, 9 nəfərin axtarışları davam edir. 34 metr dərinlikdə tapılan gəmidə ölən miqrantların olduğu bildirilir.