Saray yolunda qəza: Sürücü öldü

17 İyun 2019 17:05 (UTC+04:00)

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Saray postunun yaxınlığında qeydə alınıb.

1979-cu il təvəllüdlü sürücü Ocaqverdiyev Vüqar İnqilab oğlu minik avtomobili ilə qəzaya uğrayıb. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Apa/