Məşhur fransız aktyoru vəfat etdi

18 İyun 2019 00:46 (UTC+04:00)

Fransız aktyoru Moris Benişu vəfat edib.

Teleqraf.com xəbər verir ki, 76 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb. O, sabah Per-Laşez məzarlığında dəfn ediləcək.

Qeyd edək ki, bir çox filmlərdə rol alan aktyor fransalı həmkarı Jenevyev Mniş ilə evli olub. Cütlüyün oğlu Jülyen Beniş tanınmış dirijordur.