Gürcüstan XİN: Sərhədlərə birgə baxış keçiriləcək

18 İyun 2019 14:50 (UTC+04:00)

“Gürcüstan və Azərbaycan arasında sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının yaxın zamanlarda həyata keçiriləcəyi gözlənilir”.

Bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidi jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, ekspertlər razılaşdırılmamış sahələrə iyunun ayının sonunda baş çəkəcəklər: “Komissiyanın fəaliyyəti işgüzar rejimdə davam edir. Ekspertlərin iyun ayının sonunda sərhədin razılaşdırılmamış sahələrinə baxış keçirəcəyi gözlənilir”.