Vaşinqtonda Qarabağ görüşü – Son iki gün

18 İyun 2019 16:18 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsdərlərinin vasitəçiliyi ilə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşmək üçün ABŞ-a gedəcək.

Teleqraf.com xəbər verir ki, erməni nazir bu gün Vaşinqtona yola düşəcək.

Görüş iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.