Mənzildən 100 min manatlıq oğurluq edildi

19 İyun 2019 11:31 (UTC+04:00)

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev saxlanılıb.