Baş nazir: “Dağıdıcı gücümüz var, bizi məcbur etməyin”

19 İyun 2019 17:30 (UTC+04:00)

İsrail baş naziri Benyamin Netanyahu ordusunun “böyük dağıdıcı gücə” sahib olduğunu deyərək üstü örtülü şəkildə İrana, “Həmasa” və “Hizbullah”a xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, İsrail ordusunun ölkənin şimalında keçirdiyi hərbi təlimləri izləyən baş nazir ad çəkməyib.

O, İran, “Hizbullah” və “Həmas”ı nəzərdə tutaraq bildirib ki, şimal, cənub və şərqdəki qonşuların təhdidlərini eşidir: “Düşmənlərimizə bunu deyirəm: İsrail ordusu dağıdıcı gücə malikdir. Bizi test etməyin”.