Məşhur baş məşqçi istefa verdi

19 İyun 2019 20:25 (UTC+04:00)

Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Luis Enrike istefa verib.

Teleqraf.com-un məlumatına görə, məşqçi ilə İspaniya Kral Futbol Federasiyası müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriblər.

Qeyd olunur ki, məşqçi şəxsi məsələlərlə əlaqədar işini davam etdirə bilməyəcəyini deyib.

O, 2018-ci ilin iyulunda milli komandanın baş məşqçisi təyin olunmuşdu.