34 yaşlı qadın 17 gün sonra tapıldı

19 İyun 2019 20:40 (UTC+04:00)

İsmayıllı rayonunda itkin düşən qadın tapılıb.

Trend-in məlumatına görə, mayın 27-də İsmayıllı rayonunun Qarakolluq kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılova Elnarə Rəşid qızı evdən çıxıb və geri qayıtmayıb.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E.İsmayılova iyunun 13-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.