"Milan"da yeni baş məşqçi - rəsmi

19 İyun 2019 23:57 (UTC+04:00)

"Milan"ın yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Cennaro Qattuzonun istefaya göndərilməsindən sonra bu vəzifəyə Marko Campaolo təyin edilib. Onunla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, M.Campaolo son üç mövsüm "Sampdoriya"nı çalışdırıb.