İran ABŞ-a məxsus PUA-nı vurdu

20 İyun 2019 08:06 (UTC+04:00)

İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ-a məxsus "Global Hawk" pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozduqdan sonra İİKK-nin Hərbi Hava Qüvvələri tərəfindən Hormozqan əyalətində vurulub.