Turqut Özaldan mükafat alan azərbaycanlı müğənni vəfat etdi – Video

20 İyun 2019 10:59 (UTC+04:00)

Məşhur güney azərbaycanlı müğənni Hüşəng Azəroğlu vəfat edib.

Teleqraf.com xəbər verir ki, sənətçi bir müddətdir ağır xəstəlikdən əziyyət çəkib.

Ömrünün son illərini Urmiya şəhərində yaşayan müğənni Ənzəli şəhərində doğlub. O, güney azərbaycanlı kimi Türkiyədə musiqi üzrə “Qızıl Kəpənək” mükafatına layiq görülən yeganə sənətkardır.

H.Azəroğlu İranda islam inqilabından sonra İstanbula köçüb və uzun illər orada yaşayıb. 1985-ci ildə Türkiyənin mərhum prezidenti Turqut Özal tərəfindən “Qızıl Kəpənək” ödülü ilə mükafatlandırılıb.