Binanın girişində gənc qıza qarşı iyrənc əməl - Təfərrüat

20 İyun 2019 17:23 (UTC+04:00)

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarayev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Qafarova Aygün İbrahimovna yaşadığı binanın girişində naməlum şəxs tərəfindən döyülüb. Gənc qızın döyən şəxs daha sonra onun telefonunu əlindən alıb və hadisə yerindən qaçıb.

Zərərşəkmiş baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanıb.