“Tiflis-Moskva əlaqələri normallaşırdı, buna görə də…” – Moskvadan şok açıqlama

21 İyun 2019 13:43 (UTC+04:00)

“Gürcüstanın radikal müxalifətinin etiraz aksiyasını Parlamentlərarası Parvoslav Assambleyasının (MAP) iclası tarixinə salması təsadüfi deyildi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Onun sözlərinə görə, əvvəldən hazırlanmış bu nümayişlər iclasda iştirak etmək üçün Tiflisə gələn Rusiya nümayəndə heyətini narahat etməyə hesablanıb:

“Radikal müxalifət assambleyanın iclasından istifadə edərək, özünü göstərdi. Bu, normallaşan Tiflis-Moskva münasibətlərinə zərbə cəhdidir”.

Qeyd edək ki, MAP-ın iyunun 20-də Gürcüstan parlamentindən keçirilən toplantısı gürcü deputatların etirazı ilə təxirə salınıb. İclasda Rusiyanın nümayəndə heyətinin rəhbəri Sergey Qavrilovun çıxışına etiraz edən deputatlar toplantını boykot ediblər.

Etiraz nümayişləri paytaxt küçələrində davam edir.