Azərbaycan və Ermənistan samboçuları bu saatda - Qarşılaşacaq

22 İyun 2019 15:26 (UTC+04:00)

Azərbaycanın 2 samboçusu “Minsk 2019” II Avropa Oyunlarında medal qazanmaq şansını əldən verib

Teleqraf.com xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan Gözəl Zutova təsəlliverici görüşdə rumıniyalı Lorena-Aleksandra Podelenskiyə uduzub. 82 kq çəkidə yarışan Ceyhun Hüseynov isə italiyalı Mikeli Alessioya yenilib.

Qeyd edək ki, 57 kq çəkidə yer alan Mehman Xəlilov Bakı vaxtı ilə saat 18:07-də bürünc medal görüşündə ermənistanlı Maksim Manukyanla üz-üzə gələcək. 68 kq çəkidə çıxış edən Emil Həsənov isə brünc medal uğrunda bolqarıstanlı Martin İvanovla qarşılaşacaq. Bu görüş saat 18:15-ə nəzərdə tutulub.