Rüstəm Orucov ermənini yerə çırpdı - Finala yüksəldi

23 İyun 2019 16:45 (UTC+04:00)

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.

O, bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

Digər Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun ¼ finalda məğlub etdiyi Ermənistan idmançısı Ferdinand Karapetyanı üstələyib.