İstanbul seçkiləri: AKP daxilində bəzi şəxslər... - Sensasiya

24 İyun 2019 09:10 (UTC+04:00)

AKP-nin daxilindəki bəzi şəxslər bu partiyaya zərər verirlər.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Yusuf Qaplan deyib.

O, Əkrəm İmamoğlunun İstanbul bələdiyyə başqanı seçilməsini belə şərh edib:

"Bu, PKK-nın çevriliş oyunudur. Əkrəm İmamoğlunu 2023-cü ilə hazırlayırlar. Özü də bunu AKP-dəki bəzi şəxslərin əli ilə edirlər. Görəsən, günahkarlar bundan nəticə çıxaracaqlarmı?"

Qeyd edək ki, 2023-cü ildə Türkiyədə növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub.

Mustafa Qaplanın bu sözlərlə İmamoğlunun sözügedən seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyinə eyham vurduğu bildirilib.