Azərbaycan Prezidenti sloveniyalı həmkarını təbrik etdi

24 İyun 2019 19:10 (UTC+04:00)

Prezident İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına əmin-amanlıq və rifah arzulayıram".