Gürcüstan sərhədçiləri erməniləri aparan avtobusu saxladı

24 İyun 2019 21:28 (UTC+04:00)

Gürcüstan sərhədçiləri Rusiyadan Ermənistana hərəkət edən avtobusu saxlayıb.

Teleqraf.com xəbər verir ki, avtobusda qadağan olunmuş yük daşınırmış.

Sərhədçilər sərnişinləri endirərək avtobusu və həmin yükü müsadirə edib.

Qeyd olunur ki, Ermənistanın Gücüstandakı səfirliyi sərnişinlərin ölkəyə çatdırılması üçün daşıma şirkətinə əlavə avtobus ayırmağı tapşırıb.

Sərnişinlər arasında Rusiya pasportuna sahib ermənilərin də olduğu deyilir.